SON XƏBƏRLƏR

Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli məktəbin müəllimi Əliyeva Məqsudə vəfat edib. Bu haqda bu gün, 10 dekabr tarixində Cenublu.az təhsil ocağına istinadən xəbər verir.

Əliyeva Məqsudə Lənkəran şəhəri R.Məmmədov adına 5 nömrəli tam orta məktəbdə çalışmaqla yanaşı, N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb.

O, teatrın səhnəsində bir çox tamaşalarda: “Mahmud və Məryəm”də qulluqçu qız, “Vicdanın hökmü”ndə rus qızı, “Pul dəlisi”ndə solist, “Qaraca qız”da Nərgiz, “Onun iki qabırğası”nda Qumaş kimi obrazlar yaradıb.

Məqsudə Əliyevanın ən yaddaqalan rolu 2016-cı ildə çəkilmiş “Günəşim ol” teleserialındakı Zərnişan obrazı olub.