Son günlərdə aramsız yağan güclü qar Lənkəranda məktəb binasına ciddi ziyan vurub. Bu haqda bu gün, 13 yanvar tarixində Cenublu.az Apa.az-a istinadən xəbər verir.
Sözügedən məktəb Balıqçılar qəsəbəsində yerləşir. Yağan qarın ağırlığı nəticəsində qəsəbənin məktəb binasının dam örtüyü çöküb. Bununla əlaqədar olaraq, təhsil sektorunun nümayəndələri və eyni zamanda Elm və Təhsil Nazirliyinin təmir-tikinti idarəsinin əməkdaşları məktəbə baxış keçiriblər. Məktəbin dam örtüyü dəyişdiriləcək. Hazırda tədrisin davam oluna bilməyəcəyi otaqlarda dərs keçən siniflər yaxınlıqda yerləşən inzibati binada tədrislərini davam edəcəklər.
Qeyd edək ki, Balıqçılar tam orta məktəbində 106 şagird təhsil alır.