SON XƏBƏRLƏR

Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta məktəbdə seminar keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 noyabr tarixində verir.

Seminarda Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri, Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri, məktəbin direktoru və müəllimlər iştirak ediblər.

Qeyd edək ki, seminarın əsas məqsədi ümumtəhsil müəssisələrində təhsilverənlərin rəqəmsal səriştəsinin artırılması, təhsildə İKT-nin səmərəli tətbiqi, pedaqoji işçilərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək yeni təlim metodlarının nümayişindən ibarət olub.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda