Lənkəranda ağacəkmə aksiyası davam etdirilir. Bu haqda bu gün, 24 mart tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Son iki gündə meşə fondu torpaqlarında 30 mindən artıq ağac əkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə Lənkəranda, həmçinin Oğuz, Şirvan, Zaqatala, Şamaxı, Bərdə, Tovuz, Qəbələ, Sabirabad və Şəki rayonlarının meşə fondu torpaqlarında ümumilikdə 30 mindən çox ağac əkilib, 100 kiloqram toxum səpilib.