SON XƏBƏRLƏR

Lənkəran şəhərində Şıxəli Qurbanov adına Yaradıcılıq Klubunun təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Şuşada dalğalanan zəfər” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində verir.

Tədbirdə giriş nitqi ilə çıxış edən Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev bildirib ki, Vətən müharibəsində qazanılan möhtəşəm qələbə tariximizin ən parlaq səhifəsidir.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin sədr müavini Saleh Dostiyev, şəhid Ehtiram Hüseynlinin həyat yoldaşı, qazilərimiz: İzzət Ələkbərzadə, Samir Mirzəyev, Müqabil Kamandar və klubun dərnək üzvləri iştirak ediblər.

Tədbirin sonunda Yaradıcılıq Klubunun dərnək üzvlərinin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda