SON XƏBƏRLƏR

Lənkəranın bu kəndində axar sular üçün nəzərdə tutulmuş kanal tullantılarla dolub. Bu haqda bu gün, 10 dekabr tarixində Cenublu.az xəbər verir.

Söhbət rayonun Xarxatan kəndindən gedir. Kəndin içində yerləşən su kanalının yanından keçmək belə olmur, ərazini üfunət bürüyüb .

Yağış bir az çox yağdıqda kanalda su artır və vəziyyət daha da acınacaqlı olur. Sakinlər tez bir zamanda aidiyyəti qurumların məsələ ilə bağlı müvafiq tapşırıqlar verəcəklərinə ümid edirlər.