SON XƏBƏRLƏR

Lənkəranda qadın meyiti tapılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 mart tarixində Apa.az-a istinadən verir.

Meyit şəhərin Şəhidlər xiyabanı küçəsi, ev 14 ünvanında tapılıb. Cəsədin üstündə heç bir xəsarət olmayıb.

İlkin araşdırmalara görə, meyit əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, uzun müddət narkotik vasitələrin istifadəçisi olmuş 39 yaşlı Allahverdiyeva Şəhla Hüseyn qızına məxsusdur.