SON XƏBƏRLƏR

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qan tədarükünün müasir standartlara uyğunlaşdırılması istiqamətində bir sıra yeniliklərin tətbiqinə başlayıb. Bu haqda bu gün, 16 dekabr tarixində Cenublu.az agentliyə istinadən xəbər verir.

Agentlik tərəfindən tam avtomatlaşdırılmış “Abbott Architect i-2000SR” analizator cihazı alınıb. Cihaz seroloji müayinələrin aparılması üzrə fəaliyyət göstərir. Texnikanın Mərkəzi Qan Bankının Lənkəran şəhərindəki bölməsində quraşdırılması nəzərdə tutulub. Lənkəran bölməsi tərəfindən götürülən qan nümunələri Lənkəran şəhərində quraşdırılmış cihazda müayinə ediləcək.