SON XƏBƏRLƏR

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb.

Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər onun dəmlənməsi haqqında kifayət qədər məlumatlı olmurlar. Müasir dövrümüzdə bunun üçün nə qədər yeni və sürətli cihazlar olsa da, samovar çayının ləzzətini başqa heç nədən almaq olmur. Samovar çayı ona görə dadlıdır ki, o, kömürlə qaynadılır.

33 il həyat yoldaşı ilə birlikdə çayçı işləyən Şərqiyyə İmanova deyir ki, çayın dəmlənməsindən çox şey asılıdır.

Samovar həmişə qiymətli mətbəx əşyası sayılıb. Onu misdən, latundan, gümüş, qızıl və digər metallardan hazırlayırlar. Samovar satışı ilə məşğul olan Tahir Fərəcovun sözlərinə görə, günümüzdə köz samovarına ehtiyac artıb.

Tahir Fərəcov: “Köz samovarları qədim samovarlardır. Köz samovarlarının satışı yayda daha da artır. Turistlər çox alır. Bu samovarlar 5, 7, 10, 40 litrlik olur. Balacalar 120 manatdan başlayır, 400 manata kimi dəyişir”.

Müasir dövrümüzdə çay dəmləmək üçün nə qədər yeni və sürətli cihazlar olsa da, samovar çayının ləzzətini başqa heç nədən almaq olmur. Bir sözlə, yaxşı çay samovarı ilə, yaxşı samovar çayı ilə tanınar.