SON XƏBƏRLƏR

Taleh Qaraşov yeni ilin ilk səyyar görüşünü keçirib. Bu haqda bu gün, 12 dekabr tarixində Cenublu.az Lənkəran ŞİH-yə istinadən xəbər verir.

Görüş rayonun Səpnəkəran kənd inzibati ərazi dairəsinin inzibati binasında Səpnəkəran, Mikolan və Yuxarı Nüvədi kəndlərinin sakinləri ilə baş tutub. Səyyar qəbul-görüşdə icra başçısı ilə birlikdə rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. Kənd sakinləri yaşadıqları ərazidə rayonun rəhbər şəxslərinin qəbul-görüşlərdə iştirakının onların təklif və müraciətlərinə yerində baxılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Yerli insanların qaldırdıqları bütün müraciət və təkliflər diqqətlə dinlənilib, bir çoxunun yerində həll olunması istiqamətində icra başçısı tərəfindən aidiyyəti qurumlara göstəriş və tövsiyələr verilib.

Şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının daim diqqət mərkəzində saxlandıqlarını vurğulayan T.Qaraşov qeyd edib ki, dövlət hər zaman onların qayğı və problemlərinə həssas yanaşır və bütün gücü ilə onların yanındadır.

Polis maşını
Yollarda vəziyyət

DYP avtomobili xəndəyə düşüb

Lənkəranda polis avtomobili xəndəyə düşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində sosial şəbəkələrə istinadən verir. Hadisə Zərifə