SON XƏBƏRLƏR

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan mədəniyyəti Heydər Əliyev işığında” layihəsi çərçivəsində şair-publisist Ağamır Cavadın 60 illik yubileyinə həsr olunmuş “Salam, 60 yaşım” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 aprel tarixində Lənkəran şəhər Heydər Əilyev Mərkəzinə istinadən verir.

Lənkəran şəhər İcra Hakimiyyətinin, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin ədəbi məsləhətçisi Ağamır Cavada həsr olunan tədbirdə İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Cavad Miriyev, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin və Azərbaycan Jurnalistlər Birliyinin nümayəndələri, Bakı şəhərində, bölgələrdə yaşayan söz adamları, məktəblilər, şairin yaxın dostları, qohumları və ailə üzvləri iştirak ediblər.

İlk öncə Heydər Əliyev Mərkəzinin foyesində şairin şeir kitablarından və haqqında yazılmış qəzet və jurnallardan ibarət sərgiyə baxış keçirilib.

Çıxış edənlər Ağamir Cavad haqqında xoş sözlərini söylədilər. Şairin şeirlərinə bəstələnmiş mahnılar və şeirlər ifa olundu.

Sonda şair Ağamir Cavad yubileyində iştirak edən, fikir söyləyən hər kəsə öz təşəkkürünü bildirdi.

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman