Lənkəranda şair Məmməd Səfərovun yeni ərsəyə gətirdiyi kitabın təqdimat mərasimi keçirilib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az AYB Lənkəran bölməsinə istinadən xəbər verir.
AYB Lənkəran Bölməsinin təşkilatçılığı ilə Lənkəran Dövlət Dram Teatrında şair Məmməd Həbibin “Anamdan miras qalıb şeir yazmaq həvəsi” adlı kitabın təqdimat mərasimi keçirilib.
Bölgə yazarlarının və çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə çıxış edənlər şairin yaradıcılığı ilə bağlı fikirlərini söyləyib, arzularını bildiriblər.
Daha sonra teatr aktyorları üçün şair Məmməd Səfərov öz şeirlərini səsləndirib.