SON XƏBƏRLƏR

Lənkəran şəhər 5 saylı tam orta məktəbində ibtidai sinif şagirdləri ilə şair Əyyub Türkayın görüşü keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 may tarixində verir.

Görüş zamanı Əyyub Türkayın həyat və yaradıcılığı haqda danışılıb. Daha sonra AMEA Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimovanın və LDU-nun professoru, Əməkdar müəllim Yədulla Ağazadənin onun haqqında yazdıqları ədəbi-tənqidi məqalələrdən söz açılıb. Şairlərdən Ziyafət Yəhya, Əhməd Haqsevər və Əfsanə Soltan çıxış edərək Ə.Türkay yaradıcılığı haqqında fikirlərini bildiriblər.

Məktəb şagirdləri şairin şeirlərindən səsləndiriblər. Sonra söz Əyyub Türkaya verilib. O, kitablarından məktəbə hədiyyə edib. Sonda imza dəqiqələri olub və xatirə şəkilləri çəkilib.