SON XƏBƏRLƏR

Lənkəran rayonu Viravul kənd 2 saylı tam orta məktəbində şair Ağamir Cavadla görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində verir.

Görüşü ARB TV-nin əməkdaşı, şair Əyyub Türkay açaraq tədbir iştirakçılarını salamlayıb. Sonra o, Ağamir Cavad haqqında qısa məlumat verib. Viravul kənd 2 saylı tam orta məktəbin direktoru Araz Babayev, AYB Lənkəran Bölməsinin sədri, yazıçı Qafar Cəfərli və Viravul 1 saylı tam orta məktəbin direktoru Azər Rəcəbov çıxış edərək şairi yubiley münasibətilə təbrik ediblər, onun yaradıcılığından söz açıblar.

Sonra söz digər iştirakçılara verilib. Kəndin tanınmış ziyalılarından Ağamir Cavadın müəllimi olmuş Sarıbala Nəhmətov və tanınmış mədəniyyət işçisi, tədbirin keçirilməsində xüsusi zəhməti olan Ağadadaş Əliyev, Lənkəran Dövlət Universitetinin müəllimləri, tarix üzrə fəlsəfə doktorları – Leyla Məcidova və Fəxrəddin Hüseyn, pedaqogika üzrə fəlsəfə doktoru Tükəzban Cahangirova, şairin digər qələm dostlarından Eldar Tahirov, Əhməd Haqsevər, Ziyafət Yəhya, Məmməd Həbib, Şəfahət Şəfi, Ziya Dilsuz, Rüfət Abbasov, şahmat üzrə əməkdar məşqçi İdrak Dadaşov və başqaları çıxış edərək şairin çoxşaxəli yaradıcılığından, insani keyfiyyətlərindən, vətənpərvərliyindən, hayata fəlsəfi baxışından, əsərlərindəki saf sevgi duyğularından söz açıblar.

Viravul 1 və 2 saylı məktəbin şagirdlərinin ifasında şairin şeirləri səslənib, 1 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Mirhüseyn Cavadov şairin karandaşla çəkdiyi portretini ona təqdim edib. Sonda söz Ağamir Cavada verilib. Şair tədbirin təşkilatçılarına, çıxış edənlərə, iştirakçılarına, zəhməti olan hər kəsə minnətdarlığını bildirib və doğma Viravul kəndinə həsr etdiyi şeirini oxuyub.

Sonda xatirə şəkilləri çəkilib.

Cahit Bağçı
Aktual

Cənub zonasında yaşayan türk vətəndaşlarının nəzərinə

Cənub rayonlarında yaşayan türk vətəndaşları Türkiyədə keçirilən seçkilərdə iştirak edə biləcəklər. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 mart tarixində verir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bildirib ki,