SON XƏBƏRLƏR

Lənkəran rayonunun Viravul kəndində şəhid, Sərhəd Qoşunlarının polkovniki Emil Nəzir oğlu Nəzirovun xatirəsinə tikilən bulaq kompleksinin açılışı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində Azertac-a istinadən verib.

Açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, şəhid ailəsinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid qardaşı Abbas Nəzirov Lənkəranda şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərin nümunə təşkil etdiyini vurğulayıb. Sonda Viravul kənd tam orta məktəbi şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Qeyd edək ki, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı olan polkovnik E.Nəzirov DSX-nin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşlarını yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olub və II Şəhidlər xiyabanında dəfn edilib.

Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,