SON XƏBƏRLƏR

“Azəriqaz” şəhid ailəsinin evini qazla təmin edib. Bu haqda bu gün, 12 yanvar tarixində Cenublu.az “Azəriqaz” İB-yə istinadən xəbər verir.

Lənkəranlı şəhid Mehman Şirvanovun ailəsi “Azəriqaz” İB-yə qaz təminatı ilə bağlı müraciət edib. Qısa müddət ərzində ünvanlanan müraciətin həlli istiqamətində işlərə başlanılıb, fərdi yaşayış evi təbii qazla təmin olunub.

“Qarabağ” ordeni ilə təltif olunan polkovnik-leytenant Mehman Şirvanov 1980-ci il fevralın 24-də Lənkəran rayonunun Ürgə kəndində anadan olan Mehman ömrünün 23 ilini Azərbaycan Ordusuna xidmət edib. Qəhrəman zabitimizin sonuncu döyüşü Murovdağda olub. O, Murovdağ yüksəkliyi uğrunda gedən əməliyyatlar zamanı sentyabrın 27-də qəhrəmancasına şəhid olub.