Adı təhsil müəssisəsinə verilən şəhidin ailəsi ziyarət olunub. Bu haqda bu gün, 25 aprel tarixində Cenublu.az Lənkəran rayonu Ə.Nəsirov adına Tütəpeştə kənd ümumi orta məktəbinə istinadən xəbər verir.
Şəhid kiçik leytenant Əkbər Nəsirovun doğum günü münasibətilə məktəbin direktoru Rövşən Əliyev, məktəbin keçmiş direktoru Əskər Əskərov, məktəbin coğrafiya müəllimi Ağamir Heydərzadə əvvəlcə Tütəpeştə kənd qəbiristanlığında şəhidin məzarını ziyarət ediblər. Daha sonra şəhidin ailəsi ziyarət edilib, başsağlığı verilib.
Nəsirov Əkbər Ramiz oğlu 24 aprel 1974-cü ildə anadan olub. 1993-cü ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.