SON XƏBƏRLƏR

Lənkəranda şəhid ailələri üzvlərinin və Vətən müharibəsi əlillərinin iştirakı ilə Novruz şənliyi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 mart tarixində verir.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, şəhid Vüsal Kazımovun atası, Lənkəran Dövlət Universitetinin prorektoru Kamran Kazımov və Milli Qəhrəman Ələsgər Əliyevin atası Ələkbər Əliyev çıxış ediblər. Novruz bayramı münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyəti şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə maddi dəstək göstərib.

Lənkəran rayonunda son dövrlərdə görülən işlər barədə danışan icra başçısı rayonda sitrusçuluq, turizm, habelə emal və istehsal sahələrinin inkişafına ciddi önəm verildiyini vurğulayıb.

Daha sonra tədbirin bədii hissəsi başlayıb. Rayonun mədəniyyət, folklor klublarının və incəsənət işçilərinin iştirakı ilə musiqi, rəqs nömrələri təqdim olunub. Tədbirdən sonra Taleh Qaraşov şəhid ailələrinin üzvləri və Vətən müharibəsi əlilləri ilə səmimi söhbət edib, xatirə şəkilləri çəkdirib.