SON XƏBƏRLƏR

Lənkəranda şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində verir.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilən aksiya Lənkəran, Lerik və Astarada yaşayan həssas kateqoriyalara aid 300-ə yaxın vətəndaşı əhatə edib.

Müayinələr paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslı könüllü həkim heyəti tərəfindən aparılıb. Nəticələrə əsasən, xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin olunub, həmçinin onlar zəruri dərman vasitələri ilə təmin ediliblər.

Qeyd edək ki, layihə Azərbaycan Könüllü Həkimlər Assosiasiyası (AKHA), “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)  birgə təşkilatçılığı ilə baş tutub.