KOBİM tərəfindən KOB subyektinə məsləhət xidməti göstərilib. Bu haqda bu gün, 12 may tarixində Cenublu.az Lənkəran KOBİM-ə istinadən xəbər verir.
KOBİM-ə müraciət edən Günay Qasımovaya məsləhət xidməti göstərilib.
Lənkəran KOBİM-in peşəkar eksperti tərəfindən sahibkar Günay Qasımova ilə fərdi şəkildə görüş keçirilib. Sahibkarla gözəllik salonu üzrə yeni biznes fəaliyyəti və onun inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunub, biznes ehtiyacına uyğun olaraq, biznes-planın yazılmasına başlanılıb. Eyni zamanda sahibkar müvafiq istiqamətlər üzrə Lənkəran KOBİM tərəfindən təşkil olunacaq təlimlərə cəlb olunub.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.