Lənkəranda “Antikorrupsiya və etik davranış qaydaları” mövzusunda təlim təşkil olunub. Bu haqda bu gün, 9 may tarixində Cenublu.az Lənkəran KOBİM-ə istinadən xəbər verir.
Təlimdə Lənkəran KOBİM-in peşəkar eksperti tərəfindən korrupsiya anlayışı haqqında məlumat verilib. 18 nəfər sahibkar və biznesə başlamaq istəyən şəxsin iştirak etdiyi təlimdə “vəzifəli şəxs kimdir”, “korrupsiya hüquqpozmaları və korrupsiya şəraiti yaradan hüquqpozmalar hansılardır”, “korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxsin dövlət müdafiəsi”, “bu sahədə müraciətə baxılması”, “etik davranış qaydaları” mövzularından danışılıb. Eyni zamanda “İSO 37001:2016” beynəlxalq standartları barədə məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.