SON XƏBƏRLƏR

Lənkəranda 14 noyabr – Ümumdünya Diabet Günü münasibəti ilə “Sağlam qidalan və idman et” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 noyabr tarixində verir.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Mamusta kənd M.Fərzullayev adına tam orta məktəbində keçirilən tədbirdə çıxış edən idarənin əməkdaşları Yusif Xamiyev, Elnurə Qəniyeva və idarənin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Nazim Qulamov məktəb və yeniyetmə dövründə sağlam qidalanma və aktiv həyatın məktəblilərin mənəvi və fiziki inkişafına təsirindən danışdılar.

İdarənin könüllüləri – Lənkəran Tibb Kollecinin tələbələri olan Güllər Nəsirli və Gülay Gözəlova mövzu ətrafında çıxış edərək məktəblilər üçün hazırladıqları təqdimatı nümayiş etdiriblər.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda