SON XƏBƏRLƏR

Lənkəranda tələbələr üçün “Yol hərəkəti qaydalarını bilək “adlı tədbir keçirilib. Bu haqda bu gün, 26 noyabr tarixində Cenublu.az Lənkəran Tibb Kollecinin rəsmi səhifəsinə istinadən xəbər verir.

Təlim Lənkəran şəhər Gənclər və İdman İdarəsinin və Lənkəran şəhər rayon Polis şöbəsinin Dövlət Yol Polisi İdarəsinin birgə əməkdaşlığı ilə keçirilib. Görüş zamanı tələbələr yol polislərinin gündəlik iş rejimi ilə bağlı videoçarxa baxıblar. Daha sonra Lənkəran şəhər rayon Polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin axtarış üzrə inspektoru Amid Şərifov çıxış edərək tələbələrə yol hərəkəti qaydaları ilə bağlı məlumat verib.

Lənkəran şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Yusif Xamıyev çıxış edərək Yol hərəkəti qaydalarını bilməyin vacibliyindən söhbət açıb.