Şagirdlərin zərərli vərdişlərdən uzaqdurmaları məqsədilə tədbir təşkil olunub. Bu haqda bu gün, 18 mart tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin və Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun Vilvan kənd tam orta məktəbində “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda növbəti maarifləndirici görüş keçirilib.
Çıxış edənlər müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı təşkilinin zəruriliyindən danışıblar.
