SON XƏBƏRLƏR

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Haftoni qəsəbə tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib. Bu haqda bu gün, 6 dekabr tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.

Lənkəran ŞPRŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Anar Həbibzadə narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizədən, əldə olunan nəticələrdən danışıb. Qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər.

Sonra mövzu ətrafında çıxışlar dinlənilib və məktəblilərin sualları cavablandırılıb. Narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirlər barədə videoçarx izlənilib.

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü