SON XƏBƏRLƏR

Lənkəranda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilir. Bu haqda bu gün, 9 mart tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.

Şagirdlər ümumtəhsil müəssisələrində tədbirin təşkilatçıları ilə birgə fidanlar əkib, onların baxımları ilə məşğul olublar.

Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Peşə Liseyi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə əməkdaşlığı çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ümumtəhsil müəssisələrində “Yaşıl məktəb” layihəsi əsasında ağacəkmə aksiyası keçirilir.