SON XƏBƏRLƏR

Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Regional tərəfdaşların inkişafı” layihəsi adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 mart tarixində verir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un təşkilatçılığı ilə baş tutan tədbirdə Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, eləcə də Şirvan və Salyan rayonlarından 300-dən çox sahibkar, müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Mərkəzinin idarə heyətinin sədri Mustafa Abbasbəyli və Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Osman Xaliyev və digərləri çıxış ediblər.

Tədbir çərçivəsində “Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları və dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Lənkəranda tədbir
Lənkəran Şəhər İcra Hakimiyyəti