SON XƏBƏRLƏR

Lənkəranda ümummilli lider Heydər Əliyevin xatirəsinə rəsm sərgisi keçirilir. Bu haqda bu gün, 13 yanvar tarixində Cenublu.az Masallı Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.

Tədbir 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar təşkil edilib. Masallı Dövlət Rəsm Qalereyasında keçirilən sərgidə tanınmış rəssamların ümummilli liderə həsr etdikləri əsərlərin fotoları nümayiş olunub.

Qeyd edək ki, “Heydər Əliyev-100” adlı sərgi ilboyu davam edəcək.