Lənkəran Dövlət Universitetinin tələbəsi canına qəsd edib. Bu haqda bu gün, 5 dekabr tarixində Cenublu.az Lent.az-a istinadən xəbər verir.
Hadisə ötən gün Lənkəran şəhərində qeydə alınıb. Hacıqabul rayon sakini, 17 yaşlı R.Ə. kirayədə qaldığı evdə özünü bıçaqlayıb. Qarın nahiyəsindən bıçaq xəsarətləri alan tələbə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
İlkin məlumata görə, tələbə qız sevgilisindən ayrıldığı üçün özünü öldürmək istəyib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.