Lənkəran rayonunda avtomobil qəzası nəticəsində xəsarət alan şəxslərin vəziyyəti haqda məlumat açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 noyabr tarixində Oxu.az-a istinadən verir.
Belə ki, xəsarət alanlardan 66 yaşlı Roza Hümmətova çoxsaylı qabırğa sınıqları ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Yüngül xəsarət alan digər 6 nəfərə isə xəstəxananın təcili tibbi yardım şöbəsində ilkin tibbi yardım göstərilib. Onların vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, daha öncə qəza barədə məlumat vermişdik.