Lənkəranda 11.500 abonentin qaz təminatı dayandırılıb. Bu haqda bu gün, 25 yanvar tarixində Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir.
M.M.Axund küçəsində diametri 160 mm-lik yeraltı polietilen qaz xəttindən çıxışı olan diametri 57 mm-lik qaz xəttində, Ə.Bayramov küçəsində diametri 219 mm-lik qaz xəttindən çıxışı olan diametri 57mm-lik yeraltı metal qaz xəttində və Səttərxan küçəsində diametri 160 mm-lik yeraltı polietilen qaz xəttində qaz sızmalarının ləğv olunmasından ötrü Lənkəran RDUK 200 mm-lik qaz tənzimləyicisindən 25.01.2023-ci il tarixində ümumilikdə 11.500 abonentin qaz təchizatı saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılıb.
Lənkəran Regional Qaz İstismarı İdarəsi qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir.