SON XƏBƏRLƏR

Lənkəranda uşaqları əyləndirmək məqsədilə ”Bacarıqlı əllər, sevən ürəklər” layihəsi baş tutub. Bu haqda bu gün, 21 aprel tarixində Cənublu.az Peşə Təmayüllü siniflər Masallıya istinadən xəbər verir.

Peşə təmayüllü siniflər layihəsinin cənub zonası üzrə “Heydər Əliyev ili”nə həsr olunmuş ”Bacarıqlı əllər, sevən ürəklər” sosial layihəsi Lənkəran rayon O.Mirzəyev adına qarışıq tipli uşaq evində təşkil olunub.

Tədbirdə Lənkəran, Astara, Masallı, Biləsuvar, Cəlilabad və Yardımlı rayonlarında fəaliyyət göstərən peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər təhsil aldıqları ixtisaslara uyğun müxtəlif əşyalar hazırlayıblar, uşaqlara kitab və başqa hədiyyələr təqdim olunub, sonda isə master-klaslar, əyləncəli şoular təşkil edilib.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin məsul şəxsləri iştirak ediblər.