Lənkəran sakinlərində qanunsuz odlu silah aşkar edilib. Bu haqda bu gün, 25 aprel tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı son iki gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.