SON XƏBƏRLƏR

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Lənkəran rayonu akvatoriyasında, qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 oktyabr tarixində Report.az-a istinadən verir.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran rayon sakini Bəhrus Hüseynov olduğu müəyyən edilib. Ondan istifadəsi qadağan olunmuş ov aləti və sintetik tor götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.