SON XƏBƏRLƏR

Lənkəran şəhəri, Füzuli küçəsi, 7 ünvanında qanunsuz olaraq çoxmənzilli yaşayış binasının inşa edilməsi barədə məlumat əsasında Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 aprel tarixində verir.

İlkin araşdırma zamanı qanunsuz çoxmənzilli yaşayış binasının tikintisində fərdi sahibkarlıq fəaliyyəti ilə Hünər Hadızadənin məşğul olduğu məlum olub. Onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Lənkəran şəhəri ərazisində layihədən kənar aparılan tikinti-quraşdırma işlərinin dayandırılması barədə qərarı qərəzli olaraq icra etməməsi, həmçinin tikintiyə dair normaları pozaraq aidiyyəti dövlət qurumlarının rəyi olmadan qanunsuz olaraq çoxmənzilli yaşayış binası inşa etdirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 222-3 (qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

 

Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,