Qızılağac Milli Parkında Masallı sakinləri saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 iyun tarixində Azərtac-a istinadən verir.
Parkın ərazisində balıq ovlayanların Masallı rayon sakinləri İmanverdi Orucov və Mirzə Yaqubov olduğu müəyyən edilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Nazirliyin rəsmisi sənaye balıq ovu ilə məşğul olan bütün tərəfləri mövcud qanunvericiliyə riayət etməyə çağırıb.