SON XƏBƏRLƏR

Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə məktəbin məzunu, eyni zamanda GÇH fənni müəllimi olmuş şəhid leytenant Emil Qurbanovun xatirəsinə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 noyabr tarixində verir.

Tədbirdə məktəb rəhbərliyi, Lənkəran-Astara Regional Təhsil İdarəsi Lənkəran rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçiləri Cəmil Axundzadə, Kamran Məmmədov, I Qarabağ və 44 günlük Vətən  müharibəsi iştirakçıları, qazi Nicat Babayev, Yaşar Məmmədov, Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalan Emil Qurbanovun həyat yoldaşı Vüsalə Qurbanova, qızı Emilya Qurbanova və digər ailə üzvləri iştirak ediblər.

Tədbirdə çıxışlar zamanı Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Emil Qurbanovun şərəfli ömür və döyüş yolundan danışılıb.

Daha sonra şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.