SON XƏBƏRLƏR

Lənkəranda qadın su quyusuna düşərək dünyasını dəyişib. Bu haqda bu gün, 16 yanvar tarixində Cenublu.az Oxu.az-a istinadən xəbər verir.

42 yaşlı şəhər sakini Ağayeva Seyranə Cabir qızı yaşadığı evin həyətində olan su quyusuna yıxılıb. Meyitə keçirilən baxış zamanı bədəndə hər hansı xəsarətlər aşkar edilməyib.

Məhkəmə tibbi ekspertinin ilkin ehtimallarına əsasən, S.Ağayeva öz ehtiyatsızlığı nəticəsində quyuya düşərək suda boğulub. Faktla bağlı araşdırma aparılır.