SON XƏBƏRLƏR

Lənkəran-Astara Regional Təhsil İdarəsində psixoloqlarla görüş keçirilib. Bu haqda bu gün, 25 yanvar tarixində Cenublu.az idarəyə istinadən xəbər verir.

Görüş Lənkəran Rayonu üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə ümumtəhsil müəssisələrinin psixoloqları ilə baş tutub. Tədbir zamanı psixoloji xidmətin təşkili, fəaliyyət istiqamətləri, psixoloqların hüquq və vəzifələri barədə məruzələr dinlənilib, təkliflər irəli sürülüb.