SON XƏBƏRLƏR

Lənkəranda Azərbaycan Retinoloqlarının 7-ci konfransı baş tutub. Bu haqda bu gün, 5 dekabr tarixində Cenublu.az Azərtac-a istinadən xəbər verir.

Konfransda Bakıdan və bir çox regionlardan mütəxəssis və alimlər iştirak ediblər.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Müşfiq Kərimov, tibb üzrə fəlsəfə doktorları: Lalə Axundova, Xalid Əliyev, Tural Qəlbinur, Aişə Şahmalıyeva, Dr. Emin Əlihüseynli, Günay Əliyeva və digər alimlərin çıxışları dinlənilib, elmi yeniliklər müzakirə olunub. Tanınmış oftalmoloqlar bu sahədə baş verən yenilikləri, nailiyyətləri və təcrübələrini bölüşüblər.

Bildirilib ki, bu cür tədbirlər region həkimlərini oftalmologiya sahəsində baş verən ən son yeniliklərlə tanış etməkdə mühüm rol oynayır. Eyni zamanda qarşıya çıxa biləcək məsələlərin müzakirəsi, həkimlərin bu yeniliklərdən istifadə etməsinə dəstək olmaq baxımından vacibdir.