Lənkəranda şadlıq mərasimində kütləvi zəhərlənmə olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 aprel tarixində Apa.az-a istinadən verir.
Hadisə rayonun dağ kəndi olan Bəlitonda baş verib. Belə ki, ev şəraitində təşkil olunan Arzuman Ağayevin qızının nişan, eyni zamanda ad günü məclisinə 30 nəfərə yaxın qonaq dəvət olunub. Onlardan 17 nəfərin vəziyyəti pisləşib.
Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 7 nəfərə ilkin zəruri tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.
Qeyd edək ki, qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilənlərin 9-u uşaq, 7-si qadın və 1-i kişi olub.
Onlar 9 yaşlı Cəfərov Rəşad Elşən oğlu, 8 yaşlı Cəfərova Dəniz Elşən qızı, 4 yaşlı Cəfərov Yusif Elşən oğlu, 9 yaşlı Ağayeva Bahar İsmət qızı, 10 yaşlı Ağayev Murad İsmət oğlu, 28 yaşlı Ağayeva Güldanə İslam qızı, 34 yaşlı Süleymanova Aygün Vəliağa qızı, 9 yaşlı Süleymanov Zaman Zaur oğlu, 7 yaşlı Süleymanova Aysel Zaur qızı, 28 yaşlı Cəfərova Jalə Rizvan qızı, 35 yaşlı Ağayeva Günel Vəliağa qızı, 38 yaşlı Ağayeva Əzizə Xudaverdi qızı, 13 yaşlı Hüseynova Zeynəb Əhməd qızı, 5 yaşlı Hüseynov Həmzə Əhməd oğlu, 47 yaşlı Ağayev Arzuman Vəliağa oğlu, 69 yaşlı Ağayeva Firuzə Canəli qızı və 22 yaşlı Ağazadə Şəfa Arzuman qızıdır.
Hazırda 10 nəfərin müalicəsi davam edir. Vəziyyətləri normaldır.