SON XƏBƏRLƏR

Lənkəranda “Narkomaniya ilə mübarizədə polis, valideyn, müəllim qrupları ilə birgə” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 noyabr tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.
120 tələbənin iştirak etdiyi tədbirdə çıxış edənlər ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən, bu sahədə tədbirlərin gücləndirilməsindən, qanunvericilik bazasının yaradılmasının əhəmiyyətindən danışıblar. Gənclərimizi hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq olmağa çağırıblar.
Eyni zamanda tələbələr asudə vaxtlarının səmərəliliyi üçün Gənclər və idman idarəsində könüllülük fəaliyyəti, müxtəlif məşğələlər, elmi-praktiki konfranslar, müsabiqələr, tədris-təlim proqramları, narkomanlığın sağlamlığa mənfi təsiri ilə bağlı mövzular, idman məşqlərinə, kütləvi idman tədbirlərində iştirak etməyə dəvət edildi.
Tədbir zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib.

Lənkəran şəhər Gənclər və İdman İdarəsi
Lənkəran şəhər Gənclər və İdman İdarəsi
Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda