SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin akt zalında Milli Mətbuat gününə həsr olunmuş tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyul tarixində Lənkəran şəhər İcra Hakimiyyətinə istinadən verir.

Tədbirdə yerli jurnalistlərlə yanaşı, ölkənin ayrı-ayrı kütləvi informasiya vasitələrinin və televiziya kanallarının cənub bölgəsində təmsil olunan əməkdaşları iştirak ediblər.

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək jurnalistləri peşə bayramları münasibətilə təbrik edib, Milli Mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan söz açaraq mətbuatın bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğunu söyləyib.

Tədbir iştirakçıları adından çıxış edən “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev ölkəmizdə söz, fikir və məlumat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək göstərildiyini diqqətə çatdırıb.

Sonda jurnalistlərlə xatirə şəkli çəkdirilib.