SON XƏBƏRLƏR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Lənkəranda ağac tingləri əkiblər. Bu haqda bu gün, 8 dekabr tarixində Cenublu.az nazirliyə istinadən xəbər verir.

Lənkəran rayonunun  açıq və seyrək meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam etdirilir.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən gün ərzində sözügedən rayonların meşə ərazilərində yerli iqlim şəraitinə uyğun 10 000 müxtəlif növ ağac tingi əkilib, 1075 kiloqram toxum səpilib.

Qeyd edək ki, bərpa işləri ölkənin Qəbələ, Sabirabad, Bərdə və İmişli rayonlarında da aparılıb.