SON XƏBƏRLƏR

Regional Təhsil İdarəsinin tabeliyində olan 4 məktəbə yeni direktor təyin edilib. Bu haqda bu gün, 10 dekabr tarixində Cenublu.az Apa.az-a istinadən xəbər verir.

Kazımova Səadət Şirməmməd qızı V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyə, Məmmədova Aynur Mahir qızı Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbinə, Cəfərov Fikrət Allahverən oğlu Havzava kənd A.Əliyev adına tam orta məktəbinə, Quliyev Elnur İsrayıl oğlu Cəlilabad rayonunun Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbinə direktor təyin olunub.

Təyinatlarla bağlı Elm və Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Qeyd edək ki, bu ilin iyul ayında Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı zorakılıq hərəkətləri edilib.