SON XƏBƏRLƏR

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin  birgə təşəbbüsü ilə 8 Noyabr – Zəfər Günü münasibətilə ümumi təhsil müəssisələrində idman tədbirləri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində verir.

Belə ki, Lənkəran rayon məktəbliləri arasında Nərimanabad qəsəbə tam orta məktəbində dama, atletika, Şiləvar məktəbində basketbol,  Boladi 1 saylı məktəbində estafet yarışları keçirilib.

60 məktəblinin iştirak etdiyi kütləvi idman tədbirinin  keçirilməsində məqsəd 8 Noyabr – Zəfər Gününü qeyd etmək, şəhidlərimizin əziz xatirəsini yad etmək, 44 günlük Zəfər tariximiz haqqında  məktəbliləri maarifləndirmək,  uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda