Lənkəranda şagirdlərin aqrar biliklərə yiyələnməsi üçün dərslərə start verilib. Bu haqda bu gün, 7 dekabr tarixinə Cenublu.az “FAO Representative in Azerbaijan”a istinadən xəbər verir.
“Məktəblərdə aqrar biliklərin artırılması” innovasiya fəaliyyəti çərçivəsində Xanbulan məktəbində aqrar sahəyə dair dərslərə başlanılıb.
Fəaliyyətlər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra edilən “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir.
Rayonda yaradılan innovativ sinif otaqları yuxarı sinif şagirdlərinin aqrar sahədə biliklərinin artırılması və bu sahəyə dair praktiki biliklərin əldə olunması üçün nəzərdə tutulub.