SON XƏBƏRLƏR

Qida Təhlükəsizliyi Agentliyi Lənkəranda monitorinqlər keçirib. Bu haqda bu gün, 19 aprel tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.

Keçirilmiş yoxlamalar nəticəsində ticarət obyekti və ictimai iaşə müəssisələrində qanunsuzluqlar aşkar edilib. Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

  • “UFA” marketi, Lənkəran rayonu, Girdəni kəndi;
  • “Naves” restoranı, Lənkəran rayonu, Sütəmurtov kəndi;
  • “Dörd Fəsil” restoranı, Lənkəran rayonu, Sütəmurtov kəndi.

Obyektlərdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.