SON XƏBƏRLƏR

“Lənkəran rayonunun Bəliton kəndində içməli su təchizatı sisteminin inşası” layihəsinin təqdimatı keçirilib. Bu haqda bu gün, 12 avqust tarixində Cənublu.az Lənkəran Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir.

Layihə Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində baş tutub. Tədbirdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada, İcra aparatının məsul şəxsləri və kənd ictimaiyyəti iştirak ediblər. İcra başçısı çıxışında Azərbaycanla Yaponiya arasındakı əlaqələrdən söz açıb. O bildirib ki, iqtisadi sahədə də ölkəmiz yapon investorlar üçün olduqca cəlbedicidir.

Tədbirin sonunda səfir əməkdaşlıq səviyyəsinin daha da inkişaf etdirilməsində, sosial infrastruktur layihələrinin həyata keçirilməsində maraqlı olduğunu bildirib.