SON XƏBƏRLƏR

Lənkəranda 23 narkotacir saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 sentyabr tarixində Report.az-a istinadən verir.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində son 1 həftə ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam edir.